Logo

Braziliyalı müdafiəçi vətəndaşlığını dəyişmək istəyir

Braziliyalı müdafiəçi vətəndaşlığını dəyişmək istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın "Zenit" klubunun braziliyalı müdafiəçisi Duqlas Santos vətəndaşlığını dəyişmək istəyir.

Sfera.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı futbolçu Rusiya pasportu almaq niyyətindədir.

Müsbət qərar qəbul edilərsə, "Zenit"in kapitanı Rusiya Premyer Liqasında legioner sayılmayacaq və ölkənin yığmasında oynaya biləcək.

Müdafiəçi 2016-cı ildə Braziliya və Panama yığmaları arasında baş tutan yoldaşlıq oyununda iştirak edib. O, həmçinin 2016-cı ildə Rio de Janeyro şəhərində keçirilən Olimpiadada Braziliya millisində forma geyinib.

Qeyd edək ki, futbolçu 2024/2025 mövsümündə "Zenit"in heyətində 17 oyun keçirib və dörd məhsuldar ötürmə edib. O, 2019-cu ildən Sankt-Peterburq təmsilçisində çıxış edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR