"Qarabağ" yeni rekorda imza atdı

"Qarabağ" yeni rekorda imza atdı

“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

 

Sfera.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.

 

Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Qurban Qurbanovun yetirmələri rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

 

Qarşılaşmada vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu topa Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən “Neftçi”nin rekordunu keçib.

 

“Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.

 

Qeyd edək ki, “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.


OXŞAR XƏBƏRLƏR

Mobil operatorlar müştərilərin kredit tarixçələrini kredit bürolarına təqdim edə biləcək - YENİLİK

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan...

Şirvan sakininin 40 min manatını aldadaraq alan şəxs saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanı...

Tağı Əhmədovun evindən görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.   Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Ə...

Daşınar əmlakın dövlət reyestrinin aparılması qaydası dəyişir

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. &nb...

Ötən ay dünyada 47 000-dən çox insanda vəba AŞKARLANIB

2024-cü ilin sentyabr ayında dünya üzrə 47 000-dən çox vəbaya tutulma halı qeydə alınıb, xəstəlikdən ölüm sayı 580-ə çatıb.   Sfera.az xəbər verir ki...

"iPhone 17"nin görüntüsü yayıldı - FOTO

İncə görünüşə malik olan gələcək "iPhone 17 Slim"in ilk detalları internetdə ortaya çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "...