"Real Madrid" Mbappenin transferindən peşman olub

"Real Madrid" Mbappenin transferindən peşman olub

Jurnalist Romain Molina "Real Madrid"in fransız hücumçusu Kilian Mbappenin transferindən narazı olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. 

“Real Madrid onu dəvət etdiyinə görə peşman oldu, zəmanət verirəm. Mənə bu barədə qeyd-şərtsiz dedilər. Onu istəyən Peres idi, o, ulduz futbolçuları sevir. Klub onun çıxışlarının səviyyəsindən narazıdır. Baxmayaraq ki, bəlkə də bu Kilianın günahı deyil”, - Molina bildirib.

 

Mbappe ilə Real Madrid arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransa PSJ-də çıxış edib.

 

Mbappe İspaniya çempionatında "Real"ın heyətində ilk qollarını "Betis"lə 4-cü tur matçında vurub. O, dubla imza atıb və Madrid klubu 2:0 hesabı ilə qalib gəlib. Sentyabrın 4-də Mbappe "Qızıl top"a namizədlər siyahısına daxil edilib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Qadını öldürdükdən sonra özü də intihara cəhd etdi

Hollandiyanın Assen şəhərində 35 yaşlı Ukrayna vətəndaşının meyiti tapılıb. Hadisədən sonra intihara cəhd edən onun 40 yaşlı keçmiş sevgilisi cinayətdə şübhəli ...

4 litr su içən qadın xəstəxanalıq oldu - İlginc HADİSƏ

Avstraliyalı Nina Munro soyuqdəymə əlamətlərini "müalicə etmək" üçün təxminən dörd litr su içdikdən sonra ağır vəziyyətdə qalıb.   Sfera.az...

TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.   Sfera.az xəbər verir ki, ...

Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparıldı

Rusiya və Ukrayna arasında 95-95 formatında əsir mübadiləsi aparılıb.   Sfera.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yay...

Zaqatalada ikiotaqlı ev yanaraq külə döndü

Yanğın hadisəsi axşam saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndində baş verib.   FHN-in Zaqatala Dövlət Yanğından Mühafizə hissəsindən Sfera.az-...

İstanbulda XİN rəhbərlərinin görüşündə birgə Bəyanat qəbul edildi

“Oktyabrın 18-də İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə üçüncü...