Logo

Avroliqa: "Barselona" "Monako"ya qalib gəldi

Avroliqa: "Barselona" "Monako"ya qalib gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Basketbol üzrə Avroliqada III turun oyunlarına yekun vurulub.

Sfera.az xəbər verir ki, turun son matçında İspaniya nəhəngi "Barselona" doğma meydanda "Monako" (Fransa) ilə qarşılaşıb. Görüş ev sahiblərinin 86:71 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Barselona" 2-ci, "Monako" isə 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə Serbiyanın "Srvena Zvezda" komandası başçılıq edir.

Turun daha əvvəl reallaşan oyunlarında "Fənərbağça" (Türkiyə) "Srvena Zvezda"nı (Serbiya) 57:76, "Anadolu Efes" (Türkiyə) "Makkabi Tel-Əviv"i (İsrail) 91:93, "Real Madrid" "Baskonia"nı 76:72 (hər ikisi İspaniya),"Partizan" (Serbiya) "Bavariya"nı (Almaniya) 86:78, "Alba Berlin" (Almaniya) "Lion-Villeurbanne"nı (Fransa) 84:79, "Olimpiakos" (Yunanıstan) "Olimpia Milano"nu (İtaliya) 89:68, "Paris" (Fransa) "Panatinaikos"u (Yunanıstan) 84:80, "Zalgiris Kaunas" (Litva) "Virtus Bolonya"nı (İtaliya) 71:68 hesabı ilə məğlub edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR