Güləşçimiz Xorvatiyadakı Dünya Seriyasında çempion oldu

Güləşçimiz Xorvatiyadakı Dünya Seriyasında çempion oldu

Azərbaycanı Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasında təmsil edən Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) uğurlu çıxışla yadda qalıb.

 

Sfera.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Oyan Nəzərianinin rəhbərliyi altında çıxış edən güləşçilərdən İ.Yusubov titulunu qoruyaraq üçüncü dəfə dünya çempionu adını qazanıb. R.Həsənov isə yekun nəticəyə əsasən, dünya ikincisi olub.

 

Yusubov A qrupunda moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən idmançı finalda yenidən T.Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.

 

R.Həsənov da A qrupunda yer alıb. O, fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub – 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan güləşçi final mərhələsini gümüş medalla başa vurub.


OXŞAR XƏBƏRLƏR

“Onlar musiqimizin “qara ləkəsi”dirlər” - Nazpəri Dostəliyeva

“Müğənnilər çoxaldıqca musiqimiz məhv olub gedir. Özü də necə müğənnilər, təsadüfü müğənnilər. Yəni yağışdan sonra çıxan göbələklər… Bu gün elə müğ...

Şri-Lankada 118 mindən çox insan daşqınlardan zərər çəkdi

Şri-Lankada şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində 118 mindən çox insan zərər görüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakə...

Leyla Əliyeva Qəbələdən fotolarını paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qəbələdən maraqlı fotolarını paylaşıb.    Sfera.az xəbər verir ki, L.Əliyeva Qəmərvan kənd...

İranda spirtli içkidən kütləvi zəhərlənmə: 48 nəfər öldü

Son iki həftədə Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində metil spirtindən istifadə səbəbindən yüzlərlə insan zəhərlənib, 48 nəfər ölüb.   S...

İran: Biz Rusiyaya ballistik raket verməmişik

İranın xarici işlər naziri ölkəsinin Rusiyaya ballistik raketlər verməsi ilə bağlı iddiaları təkzib edib.   Sfera.az BAKU.WS-ə istinadən xəbər verir ...

ABŞ-da qasırğadan zərər çəkənlərə 612 milyon ayrıldı

Amerika administrasiyası “Milton” və “Helen” qasırğalarının fəsadlarının aradan qaldırılması üçün 612 milyon dollar ayırır.   ...