İdmanİki boksçumuz Avropa çempionatına qələbə ilə başladı

İdmanİki boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.

 

Azərbaycan Boks Federasiyasından Sfera.az-a verilən məlumata görə, 35 ölkədən 327 idmançının iştirak etdiyi yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

 

Ruslan Qədirov (60 kiloqram) 1/16 final çərçivəsində Georgios Georqantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.

 

Qədirovun uğurunu İlqar Salahov davam etdirib. 67 kiloqramda mübarizə aparan yığma üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.

 

Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də çıxacaq.

 

Azərbaycan çempionata 13 boksçu ilə yollanıb.


OXŞAR XƏBƏRLƏR

“Nə qədər vaxtım olduğunu bilmirəm” - Elton Con qorxularından danışıb

77 yaşlı britaniyalı müğənni, pianoçu və bəstəkar Elton Con ölümdən qorxduğunu etiraf edib. Sfera.az bildirir ki, dünya şöhrətli sənətçi bu barədə haqqında...

Zelenski Rusiya ilə bağlı bu planı elan edəcək - Podolyak

Prezident Vladimir Zelenskinin tərəfdaş ölkələrin liderlərinə təqdim etdiyi Ukraynanın “qələbə planı” yaxın günlərdə ukraynalılara açıqlanacaq. &...

İsrail ordusu Livanda “Hizbullah”ın 50 silahlısını öldürdü

İsrailin Müdafiə Ordusunun hərbçiləri 24 saat ərzində döyüşlərdə Livanın cənubunda Livanın "Hizbullah" radikal hərəkatının 50 yaraqlısını məhv edib. ...

“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.   Sfera.az xəbər verir ki, bu barədə “Futbolinfo.az” məlumat yayıb.   Bu...

Cəlilabaddakı qəzada xəsarət alan şəxs öldü - YENİLƏNDİ

17:38   Cəlilabadda toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ...

FHN Hacıqabulda hərəkətə keçdi: tədbir görülür - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə Fövqəladə H...