Futbol üzrə Azərbaycan Kubokunda mövsümün ilk oyunu keçirildi

Futbol üzrə Azərbaycan Kubokunda mövsümün ilk oyunu keçirildi

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünə start verilib.

 

Sfera.az-ın məlumatına görə, I təsnifat mərhələsinin ilk oyununda “Şahdağ Qusar” və “Kür-Araz” kollektivləri üz-üzə gəliblər.

 

Qarşılaşma Qusar klubunun qələbəsi ilə bitib - 3:1.

 

Beləliklə, "Şahdağ Qusar" II təsnifat mərhələsində "Araz-Naxçıvan"a rəqib olub.

 

Günün digər görüşündə “Şəfa” və “Saatlı-Araz” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.


OXŞAR XƏBƏRLƏR