“Qarabağ” bu gün “Malmö” ilə QARŞILAŞACAQ

Kateqoriya məlum deyil
T
Bu gün "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.
Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq. Oyunu Yunanıstandan olan hakim Anastasios Papapetru və onun hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olmuşdu. "Köhlən atlar" növbəti matçını isə oktyabrın 24-də Bakıda Niderlandın "Ayaks" komandası ilə keçirəcək.





