Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib
Azərbaycan yığmasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.
34 yaşlı futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub. Noyabr toplanışı çərçivəsində keçiriləcək Andorra ilə yoldaşlıq görüşü E.Mahmudov üçün millidə sonuncu matç olacaq.
2016-cı ildən milli komandanın şərəfini qoruyan "Neftçi"nin yarımmüdafiəçisi yığmanın heyətində keçirdiyi oyunlarda 15 qola imza atıb. E.Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.
Qeyd edək ki, Azərbaycan millisi növbəti toplanış çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək.






