Azərbaycan cüdoçuları üç medal QAZANDI
12:33 / 30.09.2024
10530
Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa kubokunda üç medal qazanıblar.
Sfera.az Gənclər və İdman Nazirliyinə xəbər verir ki, Rəşad Yelkiyev (66 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib.
Hüseyn Allahyarov (60 kq) və Camal Qamzatxanov (+100 kq) isə gümüş medalla kifayətləniblər.
Qeyd edək ki, Azərbaycan yarışın komanda hesabında 4-cü olub.