“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirildi


“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirildi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib.

 

ARAF-ın mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, ötən gün “E”, “L” kateqoriyaları üzrə, bu gün isə “M*” kateqoriyası üzrə yarışlar baş tutub.Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

 

“E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla birinci, “Alma” ləqəbli atla ikinci, “Məktəb” atçılıq klubunun idmançıları Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, Ayan Fərəcova “Tibet” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə “Bulud” ləqəbli atla beşinci yeri tutub.

 

 

“L” kateqoriyası üzrə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda iştirak edən idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar. 15 idmançının iştirak etdiyi kateqoriyada “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci, “Aleks 1” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun idmançısı Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov isə “Lothar 41” ləqəbli atla beşinci olub.

 

 

Yarışların sonuncu turu bu gün “M*” kateqoriyası üzrə 12 idmançının iştirakı ilə keçirilib. Qeyd olunan kateqoriya üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda “Elite” klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla birinci, “Murad” atçılıq klubunun idmançısı İya Firsova “Clima” ləqəbli atla ikinci, “Elano C” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla üçüncü, “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla beşinci yerə layiq görülüb.

 

 

Yarışın sonunda birinci yerin sahiblərinə “Mahir Muradov Kuboku”, ilk üç yerin sahiblərinə medal, 4-cü və 5-ci yerin sahiblərinə isə diplom və pul mükafatı təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Razılıq verməsək, Türkiyə bunu edə bilməz - Lavrov

Türkiyə Rusiyanın razılığı olmadan S-400 komplekslərini başqa ölkələrə sata bilməz.   Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey...

İran Beyruta uçuşları dayandırdı

İranın hava şirkəti İran Air Beyruta - Livanın paytaxtı Rafik Həriri Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, məlumat...

Elnur Hidayətoğluna ağır itki üz verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğluna ağır itki üz verib.   Sfera.az ...

Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Antiterror əməliyyatı zamanı Qəhrəmancasına Şəhadətə ucalan Salyan rayon Şorsulu kənd...

Baydendən Nəsrullahın öldürülməsi ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini ədalətli hesab etdiyini bildirib....

Hakan Fidan Blinkenlə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesin...