Millimiz Ermənistanı MƏĞLUB ETDİ

Millimiz Ermənistanı MƏĞLUB ETDİ

Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib. 

 

Sfera.az xəbər verir ki, komandamızın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib. 

 

Qeyd edək ki, voleybolçularımızın növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq. 


OXŞAR XƏBƏRLƏR