Logo

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

"Qalatasaray" səfərdə "Fənərbaxça"nı məğlub etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.

Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə “Qalatasaray”ı qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab avtoqolla açılıb. Livakoviç 20-ci dəqiqədə topu öz qapısına göndərib. Mertens 28-ci dəqiqədə hesabı 2:0 edib. “Qalatasaray”ın üçüncü qoluna isə 60-cı dəqiqədə Qabriel Sara imza atıb. “Fənərbaxça”nın təsəlli qolu 63-cü dəqiqədə penaltidən Edin Dzekodan gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR