Logo

Mahir Emrelinin komandası məğlub oldu

Mahir Emrelinin komandası məğlub oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.

Sfera.az xəbər verir ki, Nürnberq şəhərinin təmsilçisi evdə "Herta" klubu ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının hücumçusu matçın 39-cu dəqiqəsində meydana daxil olmaqla "Nürnberq"də debütünü rəsmiləşdirib. O, zədələnərək meydanı tərk edən Benyamin Qolleri əvəzləyib.

Qeyd edək ki, M.Emrelinin komandası VII turda səfərdə "Hannover"in qonağı olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR