Dünyaca məşhur səyyahlar Xəzər dənizini ilk dəfə sərhəddən-sərhədə üzdülər - FOTOLAR

Dünyaca məşhur səyyahlar Xəzər dənizini ilk dəfə sərhəddən-sərhədə üzdülər - FOTOLAR

Tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel “Qoliat” ekspedisiyasının bir hissəsi olaraq Xəzər dənizini sərhəddən-sərhədə üzərək bir ilkə imza atıblar.

 

Sfera.az xəbər verir ki, dəniz səyahəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutub. 

 

Qeyd edək ki, səyahət zamanı iki gənc üzgüçümüz, 15 qat respublika çempionları Anastasiya Boborkina və Abdurrəhman Rüstəmov səyyahlarla birgə gündə 4 saat olmaqla 132 saat üzüblər. Səyahətin ümumi müddəti isə 32 gün olub.

 

“Xəzər dənizini seçdik, çünki onun əhəmiyyəti və xüsusilə Azərbaycanla Qazaxıstan arasındakı təxmini 300 kilometrlik məsafədən yaranan çətinliklər bunu qaçılmaz etdi. Azərbaycan İdman və Gənclər Nazirliyi ilə Bakı Şəhər Halqasının verdiyi inanılmaz dəstək sayəsində Bakı sahili bu səfərdə əsas rol oynadı”, – K.Buşbi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl bu missiyaya hələ 1998-ci ilin noyabrında 38.000 km-lik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel demək olar ki, son 7 il ərzində 4 qitədə, 14 ölkədə olub, susuz səhraları, başı qarlı dağları gəzərək ümumilikdə 32,186 km məsafəni qət edib.

 

Bir aya yaxın vaxtdır ki, Aktau yaxınlığındakı sahildən yola çıxan səyyahlar artıq Bakıya çatıblar.


Daha sonra Karl və Anjela Azərbaycan ərazisindən keçərək Avropaya doğru irəliləməyi və səyahətlərini Böyük Britaniyada yekunlaşdırmağı planlayırlar.

 

Qeyd edək ki, səyyahları “Sea Breeze Resort” İstirahət Mərkəzində idmançılar, dostları və ailə üzvləri, media nümayəndələri qarşılayıblar.

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

DİM: "Gün ərzində 1,7 min elektron imtahan keçiriləcək"

Bu ilin əvvəlindən Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən istifadənin sayı 11 milyonu ötüb.   Sfera.az xəbər verir ki, bun...

Prezident Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə TANIŞ OLDU

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.   Sfera.az xəbər verir ki, ...

Hüseyn Abdullayev istintaq təcridxanasında müayinə olunacaq

Sabiq deputat Hüseyn Abdullayevin növbəti məhkəmə prosesi keçirilib.   Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağ...

Şəhid anası: “Övladını qucağına alıb qoxusunu ciyərlərinə çəkə bilmədi” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində...

Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.   Sfera.az ...

Lukaşenko: "Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər"

Belarus heç vaxt ölkədə seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakına qarşı olmayıb.   Sfera.az BELTA-ya istinadən xəbər verir ki, bunu ölkə...