Logo

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

"Neftçi"- "Qarabağ" matçının yeri dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.

Sfera.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə “ağ-qaralar” “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Nefçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” oyununun yerini dəyişib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da “Azərsun Arena”da reallaşacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR