Serxio Peres: "Bakıdakı yarış mənim üçün daha yaxşı olmalıdır"

Serxio Peres: "Bakıdakı yarış mənim üçün daha yaxşı olmalıdır"
Kateqoriya məlum deyil
T

Düşünürəm ki, bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır.

 

Sfera.az "Gpblog.com"a istinadən məlumatına görə, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Serxio Peres Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

 

Meksikalı sürücü Bakıdakı yarışda özünə inandığını söyləyib:

 

"Montsadakı yarış çox çətin idi. İndi isə inamım böyükdür".

 

Peres şəhər treklərində uğurlu çıxış etməsinə də toxunub:

 

"Keçmişdə nə etdiyinizin heç bir əhəmiyyəti yoxdur. Bu, tamamilə yeni çağırışdır".

 

Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR