Messi tarixin ən böyük idmançısının adını çəkdi


Messi tarixin ən böyük idmançısının adını çəkdi

Argentina milli komandasının hücumçusu, səkkiz dəfə “Qızıl top” mükafatının sahibi Lionel Messi keçmiş Çikaqo Bullz və ABŞ millisinin basketbolçusu Maykl Cordanı tarixin ən böyük idmançısı hesab etdiyini etiraf edib.
 

Sfera.az xəbər verir ki, onun sözlərini SPORTF X sosial şəbəkəsində sitat gətirib.
 

“Düşünürəm ki, idmana gəldikdə, Maykl Cordan ən böyükdür. “Sonuncu rəqs”ə baxdıqdan sonra ilhamlandım və onun kim olduğu haqqında daha çox öyrəndim”, – Messi bildirib.
 

Messi 2023-cü ilin yayında MLS-də çıxış edən İnter Mayamiyə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. Sentyabrın 4-də “France Football” jurnalı 2024-cü ildə “Qızıl top”a namizədlərin adlarını dərc edib. Messi və portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2003-cü ildən sonra ilk dəfə siyahıdan kənarda qalıb.
 

“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk Ballon d'Or 1956-cı ildə verilib. 2023-cü ildə mükafatı 2022-ci ilin dekabrında Argentina millisi ilə Dünya Kubokunu qazanan Messi alıb.


İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR