Qurbanovun “Dinamo” ilə oyunda geyindiyi köynəyin qiyməti 1835 manatdır - FOTOFAKT

Qurbanovun “Dinamo” ilə oyunda geyindiyi köynəyin qiyməti 1835 manatdır - FOTOFAKT

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda geyindiyi köynək diqqət çəkib.

 

Sfera.az xəbər verir ki, təcrübəli mütəxəssisin köynəyi məşhur brendlərdən birinin istehsalıdır.

 

Sözügedən köynəyin qiyməti 1835 manat təşkil edir.

 

Xatıradaq ki, bir müddət əvvəl mediada Qurban Qurbanova məxsus olduğu bildirilən avtomobilin fotosu yayılmışdı. Xüsusən sözügedən maşının bahalı nömrəsi müzakirələrə səbəb olmuşdu . Klubun sözçüsü Anar Hacıyev isə sözügedən xəbəri təkzib etmişdi.

 

Məlumat üçün bildirək ki, “Qarabağ”a Avropa arenasında böyük uğurlar qazandırmış Qurban Qurbanovun aylıq maaşının 100 min manat olduğu bildirilir. Bu isə illik 1,2 milyon manat təşkil edir.

 

Qeyd edək ki, “Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Dinamo”ya məğlub olub. Komandamız yarışa Avropa Liqasında davam edəcək.(Globalinfo.az)

 


OXŞAR XƏBƏRLƏR