Logo

Argentinanın nəhəng klubu 18 ildən sonra dünya çempionatına QATILACAQ

Argentinanın nəhəng klubu 18 ildən sonra dünya çempionatına QATILACAQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Argentinanın "Boka Xuniors" komandası klublararası dünya çempionatına vəsiqə qazanıb.

Sfera.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Buenos-Ayres təmsilçisi 2021-2023-cü illər aralığında Libertadores Kubokunda 71 reytinq xalı qazanmaqla buna nail olub.

Qeyd edək ki, yenilənmiş klublararası dünya çempionatının 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçirilməsi planlaşdırılır. "Boka Xuniors" sonuncu dəfə 2007-ci ildə bu turnirdə iştirak edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR