"Qarabağ" "Ludoqrets"i darmadağın etməklə pley-offda!

"Qarabağ" "Ludoqrets"i darmadağın etməklə pley-offda!
Kateqoriya məlum deyil
T

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, "Ludoqorets Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

 

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

 

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Rik, Dua Kvadvo, Ruan Seko.

 

***

 

"Ludoqorets" - "Qarabağ" qarşılaşması start götürdü.

 

***

 

"Qarabağ" Juninyonun matçın 7-ci dəqiqəsində vurduğu qolla hesabı açdı: 0-1.

 

***

 

Duah 13-cü dəqiqədə meydan sahiblərinin bərabərlik qolunu vurdu: 1-1.

 

***

 

"Ludoqorets" görüşün 22-ci dəqiqəsində Duahın penalti zərbəsi ilə hesabda önə keçdi: 2-1.

 

***

 

"Qarabağ" matçın 45-ci dəqiqəsində Benzianın penaltidən vurduğu qolla hesabı bərabərləşdirdi: 2-2.

 

***

 

Andrade ilk hissənin son saniyələrində vurduğu qolla komandasını hesabda önə keçirdi: 2-3.

 

***

 

Matçın 90 dəqiqəsi Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılacaq.

 

***

 

Toral Bayramov "Qarabağ"ın növbəti qolunu vurur - 4:2.

 

Cica 111-ci dəqiqədə komandasının beşinci qoluna imza atdı: 2-5.

 

***

 

Andrade 112-ci dəqiqədə altıncı qolu vurdu: 2-6.

 

***

 

Benzia 118-ci dəqiqəsində özünün ikinci, komandasının yeddinci qolunu vurdu: 2-7.

 

***

 

"Qarabağ" Bolqarıstan səfərində "Ludoqrets"i 7-2 məğlub edərək pley-off mərhələsinə vəsiqə əldə etdi.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR