Olimpiya çempionu İman Xelif məhkəməyə müraciət etdi

Əlcəzairli İman Xelifin boks üzrə Olimpiya turnirində çıxışı yarışın əsas qalmaqallarından birinə çevrilib. İndi isə Olimpiya çempionu İman Xelif rinqdən kənarda hüquqi mübarizəyə başlayıb.
Sfera.az xəbər verir ki, vəkili Nabil Budi idmançının internetdəki təhqirlərə cavab olaraq məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirib.
“İman Xelif yeni - ədalət, ləyaqət və şərəf uğrunda mübarizəyə başlamaq qərarına gəlib”- deyə vəkil bildirib. Onun sözlərinə görə, Xelif Paris məhkəməsinə onun cinsi kimliyi ilə bağlı sosial şəbəkələrdə təzyiqlərin artması iddiası ilə müraciət edib.
"İstintaq bu qadına xas, irqçi və cinsiyyətçi kampaniyanın arxasında kimin dayandığını müəyyən edəcək. İman həm də sosial linçləri alovlandıranlarla məşğul olacaq"-deyə Nabil Budi əlavə edib.
Xatırladaq ki, qalmaqal fırtınası Xelifin italiyalı Angela Karini üzərində qələbəsindən sonra baş verdi. Karini döyüşü cəmi 46 saniyədən sonra bitirərək:
"Bu, ədalətli deyil" dedi.
Karini iddia edib ki, o, boks karyerasının ən ağır zərbələrini məhz İman ilə rinqdə alıb. Yarım ağır çəkidə finalda çinli Yang Liu məğlub etdikdən sonra qızıl medal qazanan Xelif nifrət dalğası ilə üzləşməyə davam etdi.
Elon Mask, J.K Roulinq və Donald Tramp əlcəzairli idmançının Paris Oyunlarında qadınların yarışmasında iştirakını sosial şəbəkələrdə tənqid ediblər. Onu da qeyd edək ki, Xelif keçən il qadınlar arasında boks üzrə dünya çempionatında gender testindən keçə bilməyib.
“Haqqımda nə dedikləri məni maraqlandırmır, mənim üçün yüksək səviyyədə qalmaq və xalqıma layiq olduğu performansı göstərmək vacibdir. Qələbəm, bütün Əlcəzairlilərə hədiyyədir”-deyə Xelif tənqidlərə münasibət bildirib.
Aynil
Sfera.az