Qızlarımızdan tarixi nəticə!


Qızlarımızdan tarixi nəticə!

Xəbər verdiyimiz kimi, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarının final mərhələsini 5-ci pillədə başa vurub.

 

Sfera.az-ın məlumatına görə, qızlarımız final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.

 

Komandanın çıxışı hakimlər tərəfindən ümumilikdə 66.450 xalla qiymətləndirilib və milli yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.

 

Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.

 





OXŞAR XƏBƏRLƏR