Paris-2024: Braziliyalı atlet final çıxışından sonra stadionda sevgilisinə evlilik təklif etdi

<span style="color:#ff0000">Paris-2024:</span> Braziliyalı atlet final çıxışından sonra stadionda sevgilisinə evlilik təklif etdi
Kateqoriya məlum deyil10.08.24, 07:375161 👁️
T

Braziliyalı atlet Almir Dos Santos Parisdə keçirilən Olimpiya Oyunlarında üç təkanla tullanma üzrə finaldakı çıxışını başa vurduqdan sonra stadionda sevgilisinə evlənmə təklifi edib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançının sevgilisi təklifi müsbət cavablandırıb.

 

Dos Santos hündürlüyə tullanma üzrə yarışlarda 11-ci yeri tutub. Onun ən yaxşı cəhdi 16,41 metr olub.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...