İngiltərə və İtaliya klublarının yoxlama oyununda DAVA DÜŞDÜ

İngiltərə və İtaliya klublarının yoxlama oyununda DAVA DÜŞDÜ

İngiltərənin "Sauthempton" və İtaliyanın "Latsio" komandaları arasında keçirilmiş yoxlama oyununda dava düşüb.

 

Sfera.az-ın məlumatına görə, hadisə matçın 61-ci dəqiqəsində baş verib.

 

Britaniyalıların futbolçusu Şi Çarlz Roma təmsilçisinin hücumçusuna qarşı kobud oynayıb. Hər iki komandanın oyunçuları arasında mübahisə yaranıb.

 

"Latsio"nun müdafiəçisi Alessio Romanyoli rəqib yarımmüdafiəçi Karlos Alkarası boğazından tutub. Digər futbolçular münaqişəyə qoşulsalar da, hakimlər onları sakitləşdirə biliblər. Baş hakim Romanyoli və Alkarasa qırmızı vərəqə göstərib.

 

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR