Məftunedici üzgüçü Olimpiya kəndindən qovuldu: Qalmaqala səbəb nədir? - FOTOLAR


Məftunedici üzgüçü Olimpiya kəndindən qovuldu: Qalmaqala səbəb nədir? - FOTOLAR

Ən möhtəşəm Olimpiya iştirakçılarından biri, üzgüçü Luane Alonso Parisdəki Olimpiya kəndindən qovulub. Bu qərarı Paraqvay Olimpiya Komitəsi verib.


Sfera.az bildirir ki, qız açıq-saçıq geyimi ilə digər rəqiblərinin diqqətini yayındırmaqda günahlandırılıb.


Paraqvay Olimpiya Komitəsinin rəsmiləri onun davranışı ilə qəbuledilməz atmosfer yaratdığını bildirərək, 20 yaşlı idmançıya yarışı tərk etmək əmri verilib.


Yarışın ilk günündə uduzan Luane Alonso Paraqvay millisinin rəsmi forması deyil, açıq-saçıq geyimdə görüntülənib. Onun digər idmançılarla ünsiyyətdə olduğu və hələ də yarışan komanda yoldaşlarının diqqətini yayındırdığı bildirilirdi.


Alonso 100 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında 6-cı yeri tutaraq yarışdan kənarlaşdırılıb. Parisdə o, moda alış-verişinə çıxıb və paytaxtın bir çox görməli yerlərini ziyarət edib.
 

Alonso Fransanın paytaxtında dəbli şənliklərdə, restoranlarda əylənib və 500 min izləyicisi olan “İnstaqram” səhifəsində qlamur kadrlar paylaşıb.


Qeyd edək ki, adətən, bütün idmançılar Olimpiadanın sonuna qədər kənddə qalırlar, burada maraqlı bağlanış mərasimində, sonra isə ev sahibliyi edən şəhərdə səs-küylü şənliklərdə iştirak edirlər. Lakin bu dəfə rəsmilər üzgüçünün davranışından xəbərdar olduqdan sonra onun digər komanda üzvlərinə qoşulmasına icazə verməmək qərarına gəliblər. Jurnalistlər hesab edirlər ki, onun evə erkən göndərilməsi Paraqvay Olimpiya Komitəsinin qəzəbinin təzahürüdür. Paraqvay olimpiya komandasının direktoru Larissa Şerer bəyanatda deyib:

"Onun (Alonso) iştirakı Paraqvay komandasında qeyri-münasib atmosfer yaradır. İdman Kəndində könüllü olaraq gecələmədiyi üçün, təlimatlara əməl etdiyi üçün ona təşəkkür edirik".


Parisdə olduğu müddətdə Luane Euro Disney, muzeylər, Fransanın aparıcı şirniyyat evi “Laduree”ni ziyarət edib və modelyer Yves Saint Laurentin “Champs-Élysées”dəki flaqman mağazasında olub.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR