Hidayət Heydərov Olimpiya çempionu oldu - VİDEO
İdman
19:45 / 29.07.2024
3922
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Sfera.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı Kosovolu Akil Qyakova ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H.Heydərov həlledici mərhələyə vəsiqə qazanıb.
O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.
***
Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında finalda fransalı Joan-Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu olur.