"Linkoln"un baş məşqçisi: Bizi çox çətin qarşılaşma gözləyir

"Linkoln"un baş məşqçisi: Bizi çox çətin qarşılaşma gözləyir

Bizi çox çətin qarşılaşma gözləyir. İlk matçdakı nəticə də bunu göstərir.

 

Sfera.az xəbər verir ki, bunu Cəbəllütariqun “Linkoln” komandasının baş məşqçisi Xavi Munoz Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

 

Mütəxəssis yenidən Bakıya gəlməyin onlar üçün çox xoş olduğunu bildirib: "Keçən il də buraya səfər etmişdik. İstənilən halda, sabah meydana çıxıb vuruşacağıq. Ən azından özümüz barədə xoş təəssüratlar buraxmaq istəyirik. "Qarabağ" çox güclüdür. Əzmkar olacağıq. Bunu görəcəksiniz".

 

X.Munoz Ağdam təmsilçisinin güclü tərəflərinin çox olduğunu bildirib: "

 

Xüsusi olaraq hansısa oyunçunu qeyd etməzdim. "Qarabağ" kollektiv olaraq güclüdür. Yerli çempionatda, həm də avrokuboklarda bu komanda uğurlu çıxış edir. Səbəbi də yaxşı kollektiv olmalarıdır. "Qarabağ"ın güclü tərəfləri çoxdur. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Yalnız onları "Bayer 04" 90+7-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. "Qarabağ" ötən mövsümkü heyəti saxlaya bilib".

 

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...