Logo

Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi

Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Sfera.az-ın məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 66:49.

Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR