AFFA rəsmisi UEFA-ya TƏYİNAT ALDI

AFFA rəsmisi UEFA-ya TƏYİNAT ALDI

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

 

Sfera.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) - “Rujomberok” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

 

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR