Bu idmançı Olimpiya Oyunlarının seksual iştirakçısı seçildi - FOTO


Bu idmançı Olimpiya Oyunlarının seksual iştirakçısı seçildi - FOTO

"New York Post"un versiyasına görə Rusiyalı üzgüçü Yuliya Efimova 2024-cü il Olimpiya Oyunlarının ən seksual idmançıları siyahısına daxil edilib.


Sfera.az bildirir ki, lakin rusiyalı qadın müsabiqədə iştirak etmir.


Efimova 2024-cü il Olimpiadasına Beynəlxalq Olimpiya Komitəsi tərəfindən neytral idmançı kimi buraxılıb. Bu barədə qərar iyunun 14-də açıqlanıb, lakin Olimpiadaya qalan vaxtda o, Olimpiya standartına uyğun gəlmədiyi üçün turnirə vəsiqə qazana bilməyib.
 

Bununla belə, "New York Post" sosial media hesabında doqquz idmançının siyahısını dərc edib. Efimovadan başqa, siyahının tərkibinə idmançılar Molli Koderi (Böyük Britaniya), Alis Şmidt (Almaniya) və Alişa Nyuman (Kanada), üzgüçülər Kaleb Dressel (ABŞ) və Leon Marchand (Fransa), basketbolçu Viktor Vembanyama (Fransa), dayaqla tullanma üzrə idmançılar Sendi Morris (ABŞ), həmçinin cüdoçu Teddi Riner (Fransa) daxil olublar.


Parisdəki Olimpiya Oyunları rəsmi olaraq iyulun 26-da başlayıb və avqustun 11-dək davam edəcək.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR