Dopinqdən istifadə edən iraqlı idmançı Olimpiadadan kənarlaşdırıldı

Dopinqdən istifadə edən iraqlı idmançı Olimpiadadan kənarlaşdırıldı
Kateqoriya məlum deyil
T

İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb.

 

Sfera.az Beynəlxalq Test Agentliyinin (ITA) mətbuat xidmətinə istinadla xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

 

İyulun 23-də cüdoçudan götürülən dopinq testinin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

 

İdmançı, həmçinin B nümunəsinin nəticələrini də tələb etmək hüququna malikdir.

 

Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris Olimpiadası avqustun 11-də başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR