"Mançester Yunayted" Almaniya klubu ilə razılığa gələ BİLMİR

"Mançester Yunayted" Almaniya klubu ilə razılığa gələ BİLMİR

İngiltərənin “Mançester Yunayted” və Almaniyanın “Bavariya” klubları müdafiəçi Matteys de Liqtin keçidi ilə bağlı razılığa gələ bilməyiblər.

 

Sfera.az "Sky Germany"yə istinadən xəbər verir ki, Mançester təmsilçisi niderlandlı müdafiəçi üçün 40 milyon avro təklif edib.

 

"Bavariya" klubu isə 24 yaşlı futbolçu üçün ən azı 50 milyon avro tələb edir.

 

Qeyd edək ki, Matteys de Liqt 2 il əvvəl "Yuventus"dan Münhen klubuna 67 milyon avro qarşılığında transfer olunub.


OXŞAR XƏBƏRLƏR