"Zirə" Avropa Liqasında mübarizəni dayandırdı


"Zirə" Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçı start götürüb.

 

Sfera.az xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.

 

Görüşü qazaxıstanlı Bulat Sariyev idarə edir.

 

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

***

5-ci dəqiqədə "Zirə" hesabı açır: 1 - 0

***

 

"Zirə" - "Şerif" (Moldova) matçında ikinci qol vurulub.

 

"Dalğa Arena"dakı matçda qonaqlar hesabı bərabərləşdirib - 1:1.

***

76-cı dəqiqədə "Şerif" hesabda önə çıxıb: 1 - 2.

 

 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında 90 dəqiqə başa çatıb.

"Dalğa Arena"dakı matçın əsas vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Görüşdə hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır.

Qeyd edək ki, Bakı klubu qarşılaşmanı 10 nəfərlə davam etdirir. 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

***

 

"Zirə" - "Şerif" (Moldova) matçında əlavə vaxt başa çatıb.

 

"Dalğa Arena"dakı matçın əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

 

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

 

Görüşün qalibi penaltilər seriyasından sonra bəlli olacaq.

 

***

 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" və "Şerif" (Moldova) komandaları arasındakı cavab matçı başa çatıb.

 

"Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

 

Matçda hesabı "qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.

 

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

 

Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.

 

"Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

 


OXŞAR XƏBƏRLƏR

Kəlbəcər sakinləri üçün tikilən evlərin - FOTOLARI

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olu...

DİN əməliyyat keçirdi - 35 kiloqram narkotik aşkarlandı + VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik vasitə aşkarlanıb.   ...

Cəlal Qurbanov şəhid anasını deputat seçilməsi münasibətilə TƏBRİK ETDİ

“Mənim oğlum qəhrəmandır” layihəsi və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmovanın Nax...

Rusiyada daha bir general SAXLANILDI

Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Leninqrad Hərbi Dairəsinin komandanının maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumincan...

Prezidentlə xanımının Kəlbəcər səfərindən FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər.   Sfera.az həmin səf...

Unibankın “Əjdaha” lotereyasının ilk qalibləri MƏLUM OLDU

Unibank müştəriləri tərəfindən böyük maraqla qarşılanan “Əjdaha” lotereyasının birinci tirajının qalibləri məlum olub. Xəzər TV canlı efirində xüsus...