"Sabah" klubu daha bir yoxlama matçı keçirəcək

"Sabah" klubu daha bir yoxlama matçı keçirəcək

Yeni mövsümə Sloveniyada hazırlaşan "Sabah" klubu bu gün növbəti yoxlama matçını keçirəcək.

 

Sfera.az xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın "Rux" klubu ilə görüşəcək.

 

"Sports park Radomlye"də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.

 

Qeyd edək ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib, Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) klublarına qarşı matçlar isə heç-heçə nəticələnib.


OXŞAR XƏBƏRLƏR