“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşdi

“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşdi

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gəlib.

 

Sfera.az xəbər verir ki, “Linkoln” komandası Cəbəllütariqdə Maltanın “Hamrun” kollektivini qəbul edib.

 

Matç 1:0 hesabı ilə qonaq komandanın xeyirinə başa çatıb.

 

İlk görüşdə “Linkoln” səfərdə minimal üstünlüklə (1:0) qələbə qazandığından ümumi hesab bərabərləşib.

 

Qarşılaşma əlavə vaxta, daha sonra penaltilər seriyasına qədər uzanıb.

 

Burada daha dəqiq oynayan “Linkoln” (5:4) kollektivi II təsnifat mərhələsinə yüksəlib.

 

Qeyd edək ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.


OXŞAR XƏBƏRLƏR