İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt İSTEFA VERDİ

Kateqoriya məlum deyil
T
İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefa verib.
Sfera.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi “X” (keçmiş Twitter) sosial media hesabında məlumat verilib.
Açıqlamada bildirilib ki, 2016-cı ildən milliyə rəhbərlik edən 53 yaşlı məşqçi yığmadakı vəzifəsini tərk edəcək.
“102 oyun və demək olar ki, səkkiz il rəhbərlikdən sonra Qaret Sautgeyt #ThreeLions-un meneceri vəzifəsini tərk edəcəyini açıqladı”,- paylaşımda qeyd olunub.
Firuzə Əliyeva







