Logo

Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib? -RƏSMİ AÇIQLAMA

Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” dövlət nömrə nişanını bağışladığı vurğulanıb.

Sfera.az bildirir ki, məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlama verib.

Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR