Bilyard üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

Bilyard üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası (ABF) tərəfindən təşkil olunan Pool 9 intizami üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib.

 

Sfera.az ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış 12-19 yaş qrupu arasında keçirilib.

 

Qızıl medalı Ədalət Məmmədov qazanıb. Rəvan İbrahimli gümüş, Abbas Cəfərov və Süleyman Babayev isə bürünc medal sahibi olub.

 

Qeyd edək ki, tədbir gənclərin idmana marağını artırmaq və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil olunub.


OXŞAR XƏBƏRLƏR