Logo

Messi futboldan gedəcəyi tarixdən danışdı

Messi futboldan gedəcəyi tarixdən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasını başa vurmasından danışıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, futbolçu karyerasını hələ bir müddət davam etdirəcəyini bildirib.

"Artıq oynaya bilməyəcəyimi hiss edənə qədər, ayrılmaq üçün doğru vaxt gələnə qədər yaşıl meydanlarda olacağam", - Messi deyib.

Xatırladaq ki, bu gecə Lionel Messinin kapitanı olduğu Argentina millisi Amerika Kubokunun finalında Kolumbiya millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, məhz Argentina millisi Amerika Kubokunun hazırkı qalibidir. 2021-ci ildə Braziliyada keçirilən turnirin finalında Argentina cinah hücumçusu Anxel Di Marianın qolu sayəsində ev sahiblərini minimal hesabla (1:0) məğlub edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR