Qızlarımız Avropa çempionatının finalında

Qızlarımız Avropa çempionatının finalında
Kateqoriya məlum deyil
T

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub.

 

Sfera.az xəbər verir ki, qızlarımız yarımfinalda Albaniya seçməsi ilə üz-üzə gəliblər.

 

Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən millimiz, Albaniya yığması üzərində 92-62 hesablı rahat qələbə qazanaraq, Avropa çempionatının finalına yüksəlib. Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 6 ribaund) seçilib.

 

Qeyd edək ki, 14 iyulda baş tutacaq final görüşündə qızlarımızın rəqibi Malta-Kipr oyununun qalibi olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR