Ramil Şeydayev “Neftçi” ilə anlaşdı - DETALLAR

Ramil Şeydayev “Neftçi” ilə anlaşdı - DETALLAR

“Neftçi” yay transfer pəncərəsində növbəti transferini reallaşdırmaq üzrədir.

 

Sfera.az xəbər verir ki, “ağ-qaralar” “Kocaelispor”da çıxış edən Ramil Şeydayevlə anlaşıb. Futbolçu ilə ümumi dəyəri 2,5 milyon manat civarında olan 3 illik müqavilə barədə razılıq əldə olunub.

 

28 yaşlı futbolçu “Neftçi”yə azad agent statusu ilə transfer olunacaq. Buna səbəb Türkiyə klubu ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verməsi olub.

 

Milli komandamızın üzvü ona borcu olan “Kocaelispor”a jest edib. Ramil 150 min manat maaş və əlavə bonuslardan imtina edib. Klubun ona borcu olmadığına dair sənədə imza atdığı üçün transfer vərəqini təhvil alıb.

 

Qeyd edək ki, Ramil bu ilin əvvəlində Taylandın “Buriram Yunayted” klubundan ayrılaraq “Kocaelispor”a transfer olunmuşdu. O, 2 dönəm “Neftçi”nin əzəli rəqibi “Qarabağ”da da çıxış edib.


OXŞAR XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...