Logo

Millimiz Avropa çempionatının yarımfinalında

Millimiz Avropa çempionatının yarımfinalında
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.

Sfera.az xəbər verir ki, C divizionunda mübarizə aparan milli komanda A qrupunun sonuncu matçında Malta ilə üz-üzə gəlib. Albaniyada baş tutan görüş komandamızın 56:50 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl Albaniyaya məğlub olub, Moldovaya qalib gələn Tahir Baxşıyevin yetirmələri yekunda 1/2 finala vəsiqə qazanıblar.

Qeyd edək ki, 16 yaşadək qızlardan ibarət Azərbaycan millisi də qrupu məğlubiyyətsiz başa vuraraq yarımfinala yüksəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR