Türkiyə millisinin futbolçusu Moskva klubuna keçməkdən İMTİNA ETDİ

Türkiyə millisinin futbolçusu Moskva klubuna keçməkdən İMTİNA ETDİ

"Qalatasaray"ın və Türkiyə millisinin yarımmüdafiəçisi Kərəm Aktürkoğlu Rusiyanın "Spartak" klubun keçməkdən imtina edib.

 

Sfera.az "Haber 7"yə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Avropada oynamaq istədiyindən belə addım atıb.

 

Yarımmüdafiəçi hazırda Avropanın bir çox klubları, xüsusən də İspaniya “Real Sosyedad”ının transfer siyahısındadır. Türkiyə klubu daha əvvəl "Real Sosyedad"ın 13 milyon avroluq təklifini rədd edib və 15 milyon istəyib.

 

Qeyd edək ki, K.Aktürkoğlunun "Qalatasaray" klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR