Logo

Sezar Meza Kolli Azərbaycana QAYIDIR

Sezar Meza Kolli Azərbaycana QAYIDIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən mövsümü “Zirə”də keçirmiş Sezar Meza Kolli Azərbaycana qayıdır.

Sfera.az xəbər verir ki, paraqvaylı futbolçu bu dəfə “Araz-Naxçıvan”dan təklif alıb.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Sezar Meza Kolli maliyyə məsələsində Naxçıvan klubu ilə razılaşarsa, tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Sezarın “Araz-Naxçıvan”la bir illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı futbolçu “Çezena”, “Alaves”, “Pavia”, “Universitatya Krayova”, “Neftçi”, “Ohod”, “Zirə” klublarında oynayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR