İbrahimoviç İspaniya millisinin futbolçusunu "Milan"a DƏVƏT ETDİ

İbrahimoviç İspaniya millisinin futbolçusunu "Milan"a DƏVƏT ETDİ

İspaniya millisinin və "Atletiko" klubunun futbolçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər.

 

Sfera.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Milan"ın sabiq futbolçusu Zlatan İbrahimoviç hücumçunu komandaya dəvət edib.

 

Forvard transfer təkliflərini nəzərdən keçirməyə hazırdır. O, hələlik son qərarını verməyib.

 

Qeyd edək ki, A.Morata ötən mövsüm Madrid klubunda 48 oyuna 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu daha əvvəl İtaliyada "Yuventus"un uğurları üçün çalışıb.


OXŞAR XƏBƏRLƏR