Qadın güləşçimiz Avropa ÇEMPİON OLDU

Qadın güləşçimiz Avropa ÇEMPİON OLDU
Kateqoriya məlum deyil
T

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

 

Sfera.az xəbər verir ki, 59 kiloqram çəkidə yarışan R. Məmmədova finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib.

 

Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbə ilə Avropa çempionu olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR