"Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

 

Ağdam təmsilçisinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq.

 

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanıb.

 

Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-si aralığında dairəvi sistemlə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq komanda Latviyanın “Auda” klubu ilə üz-üzə gələcək. Bir gün sonra rəqiblər İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandaları olacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”isi ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

 

Qeyd edək ki, bu, "Qarabağ" akademiyasının komandalarının mövsüm ərzində 9-cu səfəridir.


OXŞAR XƏBƏRLƏR

Prezidentin şuşalılarla səmimi SÖHBƏTİ

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan lideri Şavkat Mirziyoyev və Qırğız Respublikasının başçısı Sadır Jap...

Siqaret yaşlı insanların zehni qabiliyyətlərini azaldır

Siqaretin qocalıqda zehni geriləmə sürətinə təsir edən əsas həyat tərzi faktoru olduğu sübut edilib.    Sfera.az xəbər verir ki, London Universi...

Mişel Obama ABŞ prezident seçkisində iştirakdan imtina etdi

Co Bayden və Donald Tramp arasındakı debat demokratlar üçün ağır zərbə olub və keçmiş ABŞ prezidentinin vəzifəyə qayıtma şansını artırıb.   Sfera.az ...

Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı qız öldü

Sumqayıtda bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, şəhərin 1-ci mikrorayonunda üzərinə şüşə düşməsi nəticəsində 2012-ci il təvəllüd...

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub. &n...

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

İyulun 5-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və Qırğız Respublikasının Pre...