"Sumqayıt"ın baş məşqçisi: "Türkiyə hirs üzərində qurulan komandadır"

"Sumqayıt"ın baş məşqçisi: "Türkiyə hirs üzərində qurulan komandadır"

Türkiyə hirs üzərində qurulan komandadır. Milli səviyyəsində oyunlar tam başqadır.

 

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin bu gün baş tutacaq Rumıniya - Niderland və Avstriya - Türkiyə matçlarında şansları dəyərləndirərkən deyib.

 

S.Abasov Türkiyə millisini Avstriyadan üstün sayıb:

 

“Düzdür, oyun intizamına görə Avstriyanı daha çox önə çıxarırlar. Qrup mərhələsində də həddən artıq intizamlı idilər. Ancaq bu elə bir mərhələdir ki, hirslə, ruhla belə rəqib səni üstələyə bilər. Avstriya millisi xoş təsir bağışlasa da, şansı daha çox Türkiyəyə verirəm. Məsələn, Niderlandın müdafiəçilərindən biri “Mançester Siti”də, biri “Liverpul”da, digəri “Bavariya”da oynayır. Buna baxmayaraq, görün necə səhvlər edirlər. Niderland növbəti mərhələyə çox əziyyətlə çıxdı. Portuqaliya bəlkə də maliyyə dəyərinə görə Avropada birincidir. Amma penaltilər sayəsində 1/4 finala yüksəldilər. Türkiyə yaxşı komandadır, amma “bişməlidir”. Düzdür, bu gün Avstriyadan yaxşı deyillər, amma hirslidirlər. Bunun sayəsində rəqibi üstələyə bilərlər”.

 

Mütəxəssis Rumıniya - Niderland qarşılşamasında ikinciləri daha şanslı gördüyünü bildirib:

 

“4 komandanın da gücü bərabərdir. Niderland təcrübəli komanda olmasına baxmayaraq, Avropa çempionatında heç xoşuma gəlmədi. Hətta qrupdan ən yaxşı üçüncü kimi çıxdılar. İstənilən halda Niderlandı Rumıniyadan daha üstün görürəm. Proqnoz vermək isə çox çətindir, özüm də maraqla baxacağam”.

 

Qeyd edək ki, Rumıniya - Niderland qarşılşaması Bakı vaxtı ilə saat 20:00-da, Avstriya - Türkiyə matçı isə 23:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

"Arsenal" icarə əsasında çıxış edən futbolçunu TRANSFER ETDİ

Ötən mövsümü icarə əsasında İngiltərə təmsilçisi "Arsenal"da keçirən qapıçı David Raya London klubuna transfer olunub.   Sfera.az klubun mə...

XİN Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair Birgə Bəyanat YAYDI

Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair Birgə Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanatda deyilir: ...

“HaberGlobal”:"ŞKTC Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi kimi iştirak edəcək"

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə təmsil olunacaq.  ...

Bakıda ruhların olduğu iddia edilən binadan görüntülər -VİDEO

Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində sirli bina yerləşir.   Sfera.az xəbər verir ki, qəzalı vəziyyətdə olan bu bina ilə bağlı sosial şəbəkələrdə m...

BMT Cenevrə Ofisinin Baş direktoru Azərbaycana səfər etdi

Ölkəmizə səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun...

Gəncədə qəza - velosipedçi xəsarət ALDI

Gəncə şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektin...