Azərbaycan avarçəkənləri Avstriyada 5 medal qazanıblar - FOTO

Azərbaycan avarçəkənləri Avstriyada 5 medal qazanıblar - FOTO
Kateqoriya məlum deyil
T

Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan ənənəvi beynəlxalq "Vyana Reqatası"nda 5 medal qazanıblar.

 

Sfera.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 120-ci dəfə təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.

 

Böyüklər arasında akademik avarçəkmə üzrə yığmamızın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov üçüncü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci keçib.

 

Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşdə Azər İlyasov A finalında bürünc medal qazanıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR